Yan 06, 2018 20:06 Asia/Baku
  • Rezayi: İrandakı son iğtişaşların mənşəyi Ərbil iclası olubdur
    Rezayi: İrandakı son iğtişaşların mənşəyi Ərbil iclası olubdur

İranın Məsləhət Şurasının katibi İrandakı son iğtişaşların mənşəyini, İraq Kürdüstanı məntəqəsində keçirilmiş Ərbil iclası adlandırıb.

Mohsen Rezayi bu gün müxbirlər qarşısında İrandakı son iğtişaşlara toxunaraq, deyib: Bir neçə ay bundan öncə Ərbildə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin anti-İran əməliyyat otağının rəisi Maykl Di Andre, İraqın məhv edilmiş diktatoru Səddamın oğlu Qusay Hüseyn, Səddamın qaynı Hani Təlfa, eləcə də münafiqlər terror qaragüruhunun və Ərəbistanın nümayəndələrinin iştirakı ilə iclas keçirilibdir ki, həmin tarixdə İrana qarşı əməliyyatın tarixini 2017-ci il dekabrın sonlarını təyin ediblər.

Rezayi söyləyib: Ərbil iclasının iştirakçıları təyin ediblər ki, virtual mühitdən istifadə edərək, anti-İran əməliyyatına başlasınlar və 2018-ci ilin yanvarı və fevralında İrandakı iğtişaşları genişləndirərək, bütün İran şəhərlərini nəzarətdən çıxarsınlar.

İranın Məsləhət Şurasının katibi bu anti-İran əməliyyatının adının "Uğurlu inteqrasiya" planı olduğunu bildirərək, əlavə edib: Onlar iğtişaşların genişlənməsindən sonra İrana silah daxil etmək və bir qrup aksiyaçını öldürmək istəyirdilər.

Rezayi söyləyib: Ərbil iclasının iştirakçıları həmçinin qərara almışdılar ki, Amerika İranda iğtişaşların genişlənməsindən sonra BMT-yə insan haqları tələbi ilə müraciət etsin və sonra münafiqlər terror qaragüruhu meydana girərək, Avropadan İranı sanksiya etməsini istəsin.

İranın Məsləhət Şurasının katibi İranın xalqı və rəsmilərinin birliyini "uğurlu inteqrasiya" planının uğursuz qalması amillərindən adlandırıb və belə deyib: İran xalqı fitnəkarlığın mövcud olduğunu bilərkən dərhal öz yolunu iğtişaşçılardan ayırdı və islami quruluşun düşmənlərinə möhkəm şillə vurdu.

Teqlər