Sərpol Zəhab zəlzələsində 8 nəfər xəsarət alıb
https://azeri.sahartv.ir/news/İran-i291481-sərpol_zəhab_zəlzələsində_8_nəfər_xəsarət_alıb
İranın qərbində yerləşən Kermanşah ostanının Sərpol Zəhab qəsəbəsinin Təcili Yardım Xidmətinin rəhbəri şənbə günü Sərpol Zəhab qəsəbəsində baş vermiş zəlzələdə 8 nəfərn xəsarət aldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 06:34 Asia/Baku
  • Sərpol Zəhab zəlzələsində 8 nəfər xəsarət alıb
    Sərpol Zəhab zəlzələsində 8 nəfər xəsarət alıb

İranın qərbində yerləşən Kermanşah ostanının Sərpol Zəhab qəsəbəsinin Təcili Yardım Xidmətinin rəhbəri şənbə günü Sərpol Zəhab qəsəbəsində baş vermiş zəlzələdə 8 nəfərn xəsarət aldığını bildirib.

Şənbə günü Sərpol Zəhab qəsəbəsində rixter şkalası ilə 5.1 bal gücündə zəlzələ baş verib. 

Zəlzələyə səbəb olan yeraltı təkanın yerin 8 km dərinliyində qeydə alındığı bildirilir. Sərpol Zəhab qəsəbəsinin Təcili Yardım Xidmətinin rəhbəri Hüseyn Əzizi İRNA-ya verdiyi müsahibədə zəlzələdən zərər çəkmiş şəxslərin Şəhidlər Xəstəxanasına köçürüldüyünü bildirib. 

12 noyabr 2017-ci il tarixində də İranın qərbində o cümlədən Sərpol Zəhab qəsəbəsində rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş vermişdi. O zaman 600 nəfərdən çox insan zəlzələ nəticəsində həyatını itirmiş, 12 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər almışdı.