Yan 08, 2018 10:23 Asia/Baku
  • Tehranın prokuroru: Son iğtişaşlarla əlaqədar bəzi müttəhimlər azad edilib
    Tehranın prokuroru: Son iğtişaşlarla əlaqədar bəzi müttəhimlər azad edilib

Tehranın prokuroru deyib: İrandakı son iğtişaşlarla əlaqədar saxlanılanlardan 70 nəfəri lazımı təminat alındıqdan sonra azad edilib.

Abbas Cəfəri Dövlətabadi dünən Tehran ədliyyə idarəsinin rəis müavinləri şurasının üçüncü iclasında etdiyi çıxışında deyib: Əsas ünsürlər istisna olmaqla İranda baş verən son iğtişaşlarda saxlanılan müttəhimlərin azad edilməsi prosesi onların barələrində araşdırmalardan sonra davam etdiriləcək. 

Dövlətabadi deyib: Küçələrdə saxlanılmış aldadılan adamlarla bu iğtişaşların əsas ünsürləri arasında fərq qoyulmalıdır. 

2017-ci il 28 dekabrdan başlayaraq bir neçə gün davam edən aksiyalarda  İranın bir neçə şəhərində xalq iflas etmiş maliyyə müəssisələrində pulları batan insanların vəziyyətinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat məhsulların bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəifliyinə etiraz etmişdi. Amma, bu etiraz aksiyalarından bəzisi xarici ölkələrin himayəsi altında fürsət ardınca olan ünsürlər tərəfindən iğtişaşa sürüklənmişdi.

 

Teqlər