Yan 08, 2018 13:55 Asia/Baku
  • İran xalqı iğtişaşlara qarşı coşub-daşdı
    İran xalqı iğtişaşlara qarşı coşub-daşdı

İranın müxtəlif bölgələrində hələ də xalq islami quruluşu dəstək naminə ayaqdadır və iğtişaşçılara nifrət nümayiş etdirir.

Bu gün də İslami İranda müxtəlif xalq kütlələri əzəmətli yürüşlər təşkil edərək, imperializmin ünsürləri və fitnəçilərə öz nifrətlərini nümayiş etdirir, son iğtişaşları və dövlət əmlakının dağıdılmasını pisləyir və bir daha Vilayət-Fəqihə və islami quruluşa dəstəyini nümyiş etdirir. 

Bu yürüşlərdə vətəndaşlar "Hüseyn, Hüseyn şüarımız- Şəhadət iftixarımız" , "Qeyrətsiz iğtişaşçıya ar olsun! " , "Amerikaya ölüm, İsrailə ölüm" şüarları səsləndirərək islam inqilabı və İran İslam Respublikasının amalları və dəyərlərinə sədaqətini vurğulayıb. 

Düşmənlərin də ölkədə qeyri-qanuni aksiyalara çağırışlarına rəğmən onların cəhdləri nakam qalıb və xalq bir neçə gündür davam edən öztəşəbbüs aksiyalarla qeyri-qanuni toplantıları pisləyirlər. 

Teqlər