Yan 14, 2018 16:47 Asia/Baku
  • Prezident Ruhani İranın neft tankerinin ekipaj üzvlərinin ölməsinə görə başsağlığı verib
    Prezident Ruhani İranın neft tankerinin ekipaj üzvlərinin ölməsinə görə başsağlığı verib

İran İslam Respublikası prezidenti Həsən Ruhani Çinin şərq sahillərində yanğına məruz qalan və daha sonra sulara qərq olan İranın neft tankerinin 32 ekipaj üzvünün hamısının həyatını itirməsi münasibəti ilə başsağlığı verib və deyib: Əsas prioritet hadisə qurbanlarının kimliyinin müəyyən edilməsi və onların ailələrinin ağrı və acılarının azaldılması olmalıdır.

Həsən Ruhani bazar günü bütün əlaqədar orqanlar o cümlədən yol və nəqliyyat, neft və xarici işlər nazirliklərindən lazımi tədbirlərin həyata keçirilməsi ilə hadisənin baş verməsi səbəblərinə aydınlığın gətirilməsi, məsələnin qanuni çərçivədə izlənilməsi, İran xalqı və hadisə qurbanlarının ailələrinin haqlarının bərpa edilməsi istiqamətində ciddi addımlar atmalarını istəyib.

Teqlər