Yan 16, 2018 16:18 Asia/Baku
  • N.Berri: İslam ölkələri Vaşinqtondakı səfirliklərini çıxarsınlar
    N.Berri: İslam ölkələri Vaşinqtondakı səfirliklərini çıxarsınlar

Livan parlamentinin sədri bu gün Tehranda keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında deyib ki, İslam ölkələri Vaşinqtondakı səfirliklərini çıxarsınlar.

Livan parlamentinin sədri Nəbih Berri bildirib ki, Qüdsü işğal etmiş rejim daim yeni hədələr və işğalçılıqla Fələstin xalqını öz hökmranlığı altına gətirməyə çalışıb. O, deyib: Sionist rejimin təhdidlərinə cavab vermək üçün bütün İslam ölkələri Vaşinqtondakı səfirliklərini çıxarmalıdırlar.

Nəbih Berri Oslo sazişinin dayandırılmasını İslam ölkələrinin sionist rejimin cinayətləri qarşısındakı həll yollarından digər birisi adlandırıb və qeyd edib ki, sionist rejimlə bağlanmış bütün sazişlər ləğv olunmalıdır.

Livan parlamentinin sədri bildirib ki, Qüdsü işğal etmiş rejim Fələstini böyük bir məhbəsə çevirib. O, İslam ölkələrinin bu işğalçılıq qarşısında dayanmalarına təkid edib.

Teqlər