Yan 17, 2018 13:33 Asia/Baku
  • İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament sədrlərinin Tehran iclası

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament sədrləri iclasının ikinci günü bu gün Tehranda İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin sədrlii ilə işə başlayıb.

İRNA-nın məlumatına görə, bu günkü iclasda İƏT-ə üzv ölkələrin parlament sədrləri və sədr müavinləri İslam Dünyasının ən son mühüm hadisələri barədə çıxış edəcəklər.

İclasın birinci günündə İran prezidenti, İran İslam Şurası Məclisinin sədri və İƏT-ə üzv ölkələrin bir qrup parlament sədri və sədr müavinlərinin çıxışı ilə yadda qalmışdı.

İslam Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Birliyinin 13-cü iclası dünən şənbə Tehranda işə başlayıb.

Birliyin müxtəlif komitələri dünən iclaslar təşkil ediblər. Bu gün də komitələrin bir sıra iclası nəzərdə tulub. Fələstin daimi komitəsinin iclası, baş katiblərin məşvərət iclası, Ərəb qrupunun məşvərət iclası, siyasi və xarici əlaqələr komitəsinin iclası, insan haqları komitəsinin iclası, qadın və ailə məsələləri komitəsinin iclası və hüquq və mədəniyyət komitələrinin iclası nəzərdə tutulmuş komitə iclaslarıdır. İqtisdiyyat və ekologiya üzrə daimi komitələr də dünən iclas təşkil etmişdilər.

Bu iclaslarda İslam ölkələrinin təşəbbüskarlığı ilə bir sıra təkliflər irəli sürülüb və araşdırılıb. Xüsusilə elmi, iqtisadi, ticarət, parlament və siyasi əlaqələrin genişləndirilməsinə təkid edilib.

Əsas konfransın keçirilməsindən sonra komitə iclaslaraında 55 qətnamə qəbul edilib. Bu qətnamələr iqtisadi, siyasi, ictimai, qadın və insan haqları məsələlərini ə hatə edir. Bu gün də bir sıra qətnamənin qəbul olunacağı gözlənilir.

İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin 13-cü iclası bu gün çərşənbə yekun bəyanatını yayaraq, işini başa vuracaq.

Teqlər