İran 2025-ci ilədək ildə 20 milyon turist cəzb etməyi planlaşdırır
İran-Çin dostluq cəmiyyətinin sədri İran dövlətinin 2025-ci ilədək ildə 20 milyon turist cəzb etmək planından xəbər verib.
İran-Çin dostluq cəmiyyətinin sədri Əhəd Mohəmmədi bu gün Tehranda keçirilən "İran-Çin Əlaqələrinin Turizm və Ticarət Mehvəri ilə İnkişafı Perspektivi" adlı ilk beynəlxalq konfransda əlavə edib: Turizm yaxşı iqtisadi imkanlardandır və turistlər mədəni köçürmədən əlavə, iqtisadi rövnəq də gətirə bilərlər.
Mohəmmədi söyləyib: Hər il orta hesabla beş milyon xarici turist İrana gəlir. Bu turistlər mədəniyyət, ticarət, ziyarət, əyləncə və sağlamlıq turizminə şamil olurlar.
İran-Çin dostluq cəmiyyəti sədrinin sözlərinə görə, İran İslam Respublikası tarixi abidələr və ətraf mühit qabiliyyətləri baxımından malik olduğu xüsusi yerinə görə, turizmin genişləndirilməsində əzmkarlığa malikdir.
Çin bir milyard 300 milyonluq əhali ilə dünyanın ikinci böyük iqtisadiyyatı və beynəlxalq turizm üzrə iri ölkələrdən biridir və bu baxımdan bir çox ölkələrin prioritetli hədəf bazarları zümrəsində qərar tapır.