İran xarici işlər nazirinin köməkçisi Rusiyaya gedib
İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə köməkçisi və İranın Astana prosesindəki müzakirəçisi Hüseyn Cabiri Ənsari bu gün cümə günü bir heyətin müşayiəti ilə Tehranı Rusiya istiqamətində tərk edib.
İRİB-in məlumatına görə, Cabiri Ənsari Moskvada Rusiya xarici işlər nazirinin müavini və prezidentin Yaxın Şərq məsələlər üzrə xüsusi köməkçisi Mixail Boqdanovla görüşəcək və regional böhranların həlli üzrə iki ölkənin əməkdaşlıqları haqda danışıqlar və məsləhətləşmələr aparacaq.
İran xarici işlər nazirininin köməkçisi sabah Soçi şəhərində Suriya məsələləri üzrə Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentiev və Türkiyə xarici işlər nazirinin regiona məsələlər üzrə müavini Sadat Unalla görüşəcək, son koordinasiyalar və Suriya Milli Dialoq Konqresi proqramları haqda müzakirə və fikir mübadiləsi aparacaq.
Suriya Milli Dialoq Konqresi İran, Rusiya və Türkiyənin öncəki razılaşmasına əsasən 29, 30 yanvar tarixində Rusiyanın Soçi şəhərində keçirilməlidir.