Yan 21, 2018 13:57 Asia/Baku
  • İranın neft tankerinin həlak olan ekipaj üzvlərinin xatirəsi yad edilib
    İranın neft tankerinin həlak olan ekipaj üzvlərinin xatirəsi yad edilib

İranın "Sançi" neft tankerinin qəzaya uğraması nəticəsində həyatını itirən ekipaj üzvlərinin xatirəsinə həsr olunmuş anım mərasimi İran İslam Respublikası prezidenti və bəzi ölkələrin Tehrandakı səfirlərinin iştirakı ilə keçirilib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın qanunvericilik və məhkəmə hakimiyyəti başçılarının, vitse-prezidentin, nazirlər kabineti üzvlərinin, yüksək çinli dövlət rəsmilərinin, ordu komandanlarının, xarici ölkə səfirlərinin, hadisə qurbanlarının ailə üzvlərinin və adi vətəndaşların iştirakı ilə Tehranda keçirilən anım mərasimində fatihə oxuyaraq,  "Sançi" tankerinin qəzaya uğraması nəticəsində həyatını itirmiş ekipaj üzvlərinin xatirəsini yad edib.

Bu mərasimdə həmçinin, İslam İnqilabının Böyük Rəhbərinin və böyük təqlid mərcələrinin başsağlığı müraciətləri qiraət olunub və hadisə qurbanlarına Allahdan rəhmət dilənib.

İranın "Sançi" neft tankeri 6 yanvar 2018-ci il tarixində Çinin şərq sularında bir yük gəmisi ilə toqquşaraq, qəzaa uğramışdı. İlk olaraq yanğına məruz qalan və daha sonra sulara qərq olan tankerin 32 ekipaj üzvünün hamısı bu hadisədə həyatını itirdi. "Sançi" gəmisinin 32 ekipaj üzvünün 2-si Banqladeş, 30-u isə İran vətəndaşı olub.

Teqlər