Ruhani: İran İraqın birliyi və ərazi bütövlüyünü himayə edir
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın İraqın ərazi bütövlüyü və birliyini dəstəklədiyini deyərək, əlavə edib: Region ölkələrinin milli hakimiyyəti və ərazi bütövlüyünün qorunması bütün region ölkələri və xalqlarının vəzifəsidir. Heç şübhəsiz regiondan kənar qüdrətlər region xalqları və ölkələrinin xeyrini istəmirlər.
Həsən Ruhani bazar günü Tehranda İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Neçrəvan Barzani ilə görüşdə İranın İraq kürdləri ilə əlaqələrinin tarixi köklərinə işarə edərək, deyib: İraq Kürdüstanı bu ölkənin mühüm bir hissəsi olaraq İraqda sabitlik və təhlükəsizliyin təmin edilməsində böyük məsuliyyət daşıyır. Buna görə də İraq Kürdüstanı region ölkələrində sabitlik və təhlükəsizliyin nəyin bahasına olursa olsun, zəifləməsinə icazə verməməlidir.
Ruhani həmçinin, iranlı sərmayə sahiblərinin İraq Kürdüstanında inkişaf layihələrində iştiraka maraqlı olduqlarını deyərək, iraqlı kürd iş adamlarının da İranda xoş qarşılanacağını bildirib və əlavə edib: İran inkişaf etmiş bir İraqın tərəfdarıdır. Və bu, bütün region xalqlarının xeyrinədir.
İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Neçrəvan Barzani də bu görüşdə İran və İraq sərhədlərinin dostluq sərhədləri olmalı olduğuna təkid edərək, deyib: İraq Kürdüstanı bu məntəqədən İran İslam Respublikasına qarşı təhdid üçün istifadəsinə icazə verməyəcək. Bu, Ərbilin qırmızı xəttidir.