Ruhani: Dövlət ölkənin problemlərinin həll edilməsi və inkişafında qətiyyətlidir
İran İslam Respublikası prezidenti deyib: Dövlət ölkənin problemlərinin həll edilməsi və inkişaında qətiyyətlidir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi axşam İran televiziyası ilə canlı olaraq yayımlanan söbhətində deyib: Prezident xalqın maraq dairəsində olan məsələlərin öz həllini tapması və verdiyi vədlərin gerçəkləşməsində sədaqətlidir.
Həsən Ruhani ötən bir neçə gündə milli valyutanın xarici valyutalar müqabilində zəifləməsini müvəqqəti hal adlandırıb və deyib: Ölkədəki valyuta qıtlığı əsassızdır. Dövlət xalqa ölkənin xarici valyutalara olan ehtiyacını təmin edəcəyi barədə söz verir. Xoşbəxtlikdən ölkənin valyuta gəlirləri, valyuta xərclərindən daha çoxdur. Buna görə də cari hicri şəmsi ilinin sonuna kimi İranın valyuta gəlirlərinin 90 milyard dollara çatacağı gözlənilir.
İran İslam Respublikası prezidenti əlavə edib: Ölkənin valyuta gəlirləri valyuta xərclərindən xeyli çoxdur. Və gələn il İranın valyuta gəlirləri cari ildəkindən daha çox olacaq.
Həsən Ruhani sanksiyalar dövründən ölkədə bəzi problemlərin qaldığına işarə edərək, deyib: Bəzi problemlər həll edilib. Amma, bəzi problemlər hələ də qalmaqdadır. Bunlardan biri bizim region və dünya bankları ilə əlaqəmizdir. Bu əlaqə hələ ki, ideal formada deyil.
Söhbətin əvvəlində İran prezidenti həzrət Zeynəbin(s.ə) mövlud günü münasibəti ilə İran xalqını təbrik edib. Daha sonra Çin sahillərində qəzaya uğrayan və daha sonra sulara qərq olan İran tankerinin ekipaj üzvlərinin həyatını itirməsinə görə başsağlığı verib və deyib: Dövlət bu hadisənin səbəblərinə aydınlıq gətirməs üçün xüsusi komissiya yaradıb.
6 yanvar 2018-ci il tarixində İranın "Sançi" neft tankeri Çinin şərq sularında Honq Konqa məxsus bir ədəd yük gəmisi ilə toqquşub. Qəzaya uğrayan tankerdə yanğın çıxıb. Daha sonra gəmi sulara qərq olub. Gəminin 2-si banqladeş, 30-u isə İran vətəndaşı olan 32 ekipaj üzvünün hamısı bu hadisədə həyatını itirib.