Yan 24, 2018 19:53 Asia/Baku
  • Qasemi: Terrorizm ilə mübarizə beynəlxalq əməkdaşlığa ehtiyaclıdır

İran İslam Respublikası Xarici İşlər Nazirilyinin sözçüsü Liviyanın Benqazi şəhərində törədilən partlayışları qınayaraq, hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.

İRNA-nın məlumatına görə, Bəhram Qasemi deyib: Terrorçular regionda ardıcıl məğlubiyyətlərinin ardınca, hələ də günahsız insanları öz çirkin məqsədlərinə qurban edirlər. Buna görə də, terrorçulara qarşı təsirli mübarizənin aparılması beynəlxalq əməkdaşlığa ehtiyaclıdır.

Liviyanın Benqazi şəhərində bomba quraşdırılmış 2 avtomobilin partladılması ilə törədilən terror aktında 50 nəfər ölüb və yaralanıb.

Çərşənbə axşamı törədilən bu terror aktında sivil əhali ilə yanaşı Liviya Milli Ordusunun komandanlarından olan Əhməd Əl-Fituri  və bir sıra digər təhlükəsizlik rəsmisi də həyatını itirib.

Teqlər