Sepah İŞİD ünsürlərini həbs etdi
-
Sepah İŞİD ünsürlərini həbs etdi
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının Nəcəf Qərargahı bu qərargah qüvvələrinin İranın qərbində İŞİD terror qruplaşması terrorçuları ilə toqquşmasından xəbər verib.
İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunları Nəcəf Qərargahının ictimai əlaqələr şöbəsi bir bəyanatda bildirib: İslam İnqilabı Keşikçilər Korpusu quru qoşunlarının Nəcəf Qərargahının dəqiq məlumatları ilə qərbdən İran İslam Respublikası ərazisinə daxil olan İŞİD təkfirçi qruplaşmasının 21 nəfərlik terror dəstəsi təqib olunub və nəhayət bu gün səhər onlarla toqquşma başlanıb.
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının Nəcəf Qərargahının bəyanatında bildirilir: İranın qərbində İŞİD təkfirçi terrorçuları ilə qarşıdurmada bu 21 nəfərlik terror dəstəsinin bir çox üzvü saxlanılıb.
Məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının İŞİD ünsürləri ilə toqquşması davam edir və İran təhlükəsizlik qüvvələri bu qarşıdurmada İslam İnqilabının Keşikçilər Korpusu Sepahın quru qoşunları ilə əməkdaşlıq edirlər.