Yan 28, 2018 11:29 Asia/Baku
  • Kir Əsasnaməsi YUNESKO-da qeydə alınacaq
    Kir Əsasnaməsi YUNESKO-da qeydə alınacaq

BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı YUNESKO-nun dünya yaddaşı milli komitəsinin üzvü İranın dəyərli və tarixi üç əsəri, o cümlədən Kir Əsasnaməsinin bu təşkilatda qeydə alınacağını bildirib.

Süsən Əsili şənbə günü Həmədan vilayətində YUNESKO-nun qlobal yaddaşının bəyanı üzrə təhsil iclasının ilk iclasının kənarında deyib: Sənayi Külliyyatı, Kir Əsasnaməsi, İbn Macidin əl-Fəvaid əsəri YUNESKO-nun qlobal yaddaş siyahısında qeydə alınacaqdır.

Əsili İranın iki əsərinin digər ölkələrlə birgə şəkildə qeydə alınacağını bildirərək xatırladıb: Şeyx Səfiyəddin Ərdəbili obyektinin sənədləri Fransa, İngiltərə və Əfqanıstanın iştirakı ilə qlobal yaddaş siyahısında qeydə alınacaq və beşinci əsər də yekun nəticəyə çatdıqdan sonra elan olunacaq. 

Kir Əsasnaməsi Əhəməni şahı Böyük Kirin fərmanıdır. Həmin əsasnamə babil dilində Babil fəth olunduqdan sonra onun özü tərəfindən yazılmışdır. Həmin əsər İrana aiddir və Britaniya muzeyində saxlanılır. 

Teqlər