Yan 30, 2018 17:04 Asia/Baku
  • Caberi-Ənsari və Çinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi görüşüblər
    Caberi-Ənsari və Çinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi görüşüblər

İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi və Çinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Soçidə keçirilən Suriya milli dialoq konfransının kənarında görüşüblər.

Hoseyn Caberi-Ənsari və Tsziye Tsziyao Yuan bu görüşdə Suriya hadisələri gedişini və Soçidə keçirilən Suriya milli dialoq konfransını araşdıraraq, İran ilə Çinin Suriya böhranına son qoymaq və terrorizmlə təsirli mübarizə istiqamətində həmkarlıq etmələri vacibliyini vurğulayıblar.

İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi və Astana prosesində İranın baş müzakirəçisi Soçidə keçirilən Suriya milli dialoq konfransının açılış mərasimində də iştirak edibdir.

 

Teqlər