Tehranda keçirilən "Qüds; Dinlərin Sülh Paytaxtı" iclasının yekun bəyanatı
Tehranda keçirilən bir günlük "Qüds; Dinlərin Sülh Paytaxtı" adlı iclas Fələstinə dəstək bəyanatınınn səsləndirilməsi ilə öz işinə xitam verib.
İRNA-nın verdiyi məlumata görə, "Qüds; Dinlərin Sülh Paytaxtı" adlı iclasın yekun bəyanatında deyilir: Beytül-Müqəddəsin paytaxtı olduğu Fələstin ölkəsi bütöv xalq və ölkədir və onun taleyinin müəyyənləşdirilməsi öz xalqının iradəsindədir və Amerika prezidentinin bu ölkə səfirliyini işğal olunmuş Qüdsə köçürmək qərarı pislənilir və bütün ibrahimi dinlərə, beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir.
Bəyanatda deyilir: Sionist rejim işğalçı və saxta rejimdir və Fələstin ərazılərinə heç bir haqqı yoxdur. Beytül-Müqəddəs bütün ibrahimi dinlərin sülh, dostluq və dinc yanaşı yaşam yurdudur və bu əraziyə və onun xalqına qarşı hərhansı zülm, təcavüz və çətinlik törədilməsi pislənilir.
ABŞ prezidenti Donald Trampın Qüdsə qarşı son qərarından sonra iranlı və xarici elmi və dini simalar və alimlərin iştirakı ilə dünən Tehranda "Qüds; Dinlərin Sülh Paytaxtı" adlı iclas keçirildi.
Müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və müsəlmanların üç əsas müqəddəs məkanından biridir və müsəlmanlar arasında yüksək mövqeyə malikdir.