Kəmalvəndi: Bir rus texniki heyəti bazar günü İrana gələcək
https://azeri.sahartv.ir/news/İran-i294309-kəmalvəndi_bir_rus_texniki_heyəti_bazar_günü_İrana_gələcək
İran Atom Enerjisi Təşkilatının sözçüsü dünən gecə İranın Qom şəhərində yerləşən "Fordo" saytında "sabit izotop" layihəsi təchizatlarını quraşdırmaq üçün bir rus texniki heyətin bazar günü İrana gələcəyindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2018 06:50 Asia/Baku
  • Behruz Kəmalvəndi
    Behruz Kəmalvəndi

İran Atom Enerjisi Təşkilatının sözçüsü dünən gecə İranın Qom şəhərində yerləşən "Fordo" saytında "sabit izotop" layihəsi təchizatlarını quraşdırmaq üçün bir rus texniki heyətin bazar günü İrana gələcəyindən xəbər verib.

Behruz Kəmalvəndi deyib ki, "sabit izotop" layihəsi təchizatlarının quraşdırılması işi elə bu heyətin giriş günündən, yaxud da sonrakı gün başlayacaqdır.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü sonra belə qeyd edib: Tehran və Moskva təqribən bir il bundan öncə sabit izotopların istehsalı sahəsində həmkarlıq barədə müqavilə imzalayıblar.

İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasından və bu anlaşmanın 2016-cı ilin yanvarında icra olunmasından sonra İranın beynəlxalq nüvə əməkdaşlıqları artıbdır. Bu sahədə Rusiya xüsusi rola malikdir.

Buşehrdə iki AES-in inşası, ağır suyun satın alınması və sabit izotopların istehsalı İran ilə Rusiyanın nüvə sənayesindəki həmkarlıqlarındandır.