Ruhani: İran xalqı 1357-ci ilin bəhmənində uzunmüddətli hədəfə çatdı
İran İslam Respublikasının prezidenti deyib ki, İran xalqı 1357-ci ilin bəhmənində, başqa sözlə, 1979-cu ilin fevralında bir din və xalq inqilabı ilə əsrlər boyu intizarını çəkdiyi böyük hədəfə nail ola bildi.
Həsən Ruhani dünən gecə İranın Kerman vilayətinin idarə şurasının iclasında mübarək Fəcr ongünlüyü günlərini təbrik edərək, əlavə edib: Bu günlər İran xalqı üçün on dörd ildən çox gözləntidən sonra İmam Xomeyni(r.ə)-in İrana geri dönməsilə reallaşmasını müşahidə etdiyi bir arzunun həyata keçməsinin ildönümü günüdür və bu qayıdış böyük İran üçün istiqlaliyyət, əzəmət, izzət və başıucalıq demək idi.
İran prezidenti söyləyib: Yüksək təhlükəsizlik, zəngin resurslar, çeşidli coğrafi iqlim və strateji coğrafi mövqe dünyada İran üçün özəl bir yer yaradıbdır.
Ruhani həmçinin Kerman vilayətində onlarla layihənin istifadəyə verilməsini iftixarlı iş adlandırıb və İranın rövnəqi və tərəqqisi yolunda modern texnologiyaların işlədilməsini vurğulayaraq, deyib: İranın rövnəqi və tərəqqisi üçün bütün daxili və xarici mənbələrdən istifadə etmək lazımdır.
İran İslam Respublikasının prezidenti dünən Kerman vilayətinə səfəri gedişində onlarla sənaye və mədən layihəsini istifadəyə verərək, bir neçə digər sənaye və mədən layihəsinin icra əməliyyatının başlanması barədə də göstəriş veribdir.