Fev 02, 2018 14:19 Asia/Baku
  • Tehranda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası başlanıb

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası və "İpək Yolu" üzrə ikinci xüsusi konfrans İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçının və müxtəlif ölkələrdən olan siyasi şəxsiyyətlərin iştirakı ilə Tehranda işə başlayıb.

Bu konfrans cümə günü 25 Asiya ölkəsindən olan qırx siyasi partiyanın və təşkilatın rəhbərləri, baş katibləri və məsul şəxslərindən yüz nəfərin, eləcə də regional və beynəlxalq təşkilatların məsul şəxslərinin iştirakı ilə işə başlayıb.

Bu beynəlxalq konfransın iştirakçıları müxtəlif iclaslarda üç əsas mövzuda- "partiyaların gərginliklərin azaldılmasında və ekstremizmlə mübarizədəki rolu"; "partiyalar və sabit şəhər inkişafı" və "partiyaların siyasi inkişaf, mədəniyyət mübadiləsi və İpək Yolu istiqamətində ticarət mübadilələrinin genişləndirilməsindəki rolu" mövzularında çıxışlar edəcəklər.

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclasında iştirak edən ölkələrin yarısından çoxunu islami ölkələr təmsil edirlər.

Tehrandakı bəzi xarici ölkələrin səfirləri, həmçinin Çin, Türkiyə, İraq, Yaponiya, Hindistan, Pakistan və Livanın nümayəndələri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclasında iştirak edirlər.

 

Teqlər