General Salami: İran düşmənləri məğlubiyyətdən başqa heç nə təcrübə etməyib
-
General Salami: İran düşmənləri məğlubiyyətdən başqa heç nə təcrübə etməyib
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi bildirib: İran xalqının mərdliyi, İslam İnqilabının Böyük Rəhbərinin tədbiri ilə düşmənlərin siyasəti uğursuzluqla üzləşib və onlar indiyə qədər İslam quruluşundan məğlubiyyətdən başqa heç nəyi təcrübə etməyiblər.
İslam İnqilabının Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi general-mayor Hüseyn Salami şənbə günü İranın şimal-qərbində Urmiyədə İran xalqının bütün səhlərdə ayıq-sayıq şəkildə iştirak etdiyini və irəlilədiyini bildirərək deyib: Tezliklə ABŞ, sionist rejim, Ali-Səud və müttəfiqlərinin süqutu və məhvini müşahidə edəcəyik.
İslam İnqilabının Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi düşmənlərin İran əleyhinə məkrli planının xalqın müstəqilliyi, birliyi və vahidliyinə zərbə vurmaq istiqamətində olduğunu bildirərək əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri dərin təfəkkürü və düşüncəsi ilə düşmənlərin məkrli planlarını tanıyır və onların bütün ideyalarını ləğv edir.
General Salami İslam İnqilabını müstəqillik, azadlıq, kəramət, təhlükəsizlik və izzət kimi məzmunları təhlil etmək üçün fürsət adlandırıb və deyib: Maddi sərvətlərin qarət edilməsi, geridə qalma, zillət, mədəni qarət İslam İnqilabından öncə mövcud idi. İmam Xomeyni (rə) öz xilasedici müraciətləri ilə İran ictimaiyyətinin imicini dəyişdi.
İslam İnqilabının Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi İranın hazırda elm, texnologiya və hərbi sahələrdə inkişaf etmiş ölkələrlə rəqabət apardığını və bir çox sahələrdə Avropa ölkələrindən irəlidə olduğunu bildirərək deyib: İranın müdafiə strukturları bu gün dünyada ən yaxşılardan biridir, modern radarların istehsalı, kosmosa peyklərin göndərilməsi, böyük turbinlərin istehsalı, tibbi dərmanlarda 98% istehsal ölkə övladlarının 39 il səylərindən sonra İslam İnqilabının nailiyyətlərinin sadəcə bir hissəsidir.
General Salami düşmənin İslam İnqilabının nailiyyətlərinin unudulması üçün psixoloji əməliyyat ardınca olduğunu bildirərək deyib: İslam İnqilabı düşmənlərin gücünü məhv edib, İran bütün islam ölkələri üçün təhlükəsizlik və örnək gəmisinə çevrilib.