Fev 04, 2018 16:30 Asia/Baku
  • Ordu generalı Cəfəri: İran xalqı 22 bəhməndə düşmənlərin cavabını verəcək
    Ordu generalı Cəfəri: İran xalqı 22 bəhməndə düşmənlərin cavabını verəcək

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı deyib: İran xalqı builki 22 bəhmən yürüşündə İslam İnqilabı düşmənlərinin cavabını verəcək.

Fars Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri bazar günü Tehranda jurnalistlərə verdiyi müsahibədə deyib: Düşmənin bütün məkrli planlarına rəğmən, İran xalqı builki 22 bəhmən yürüşündə irimiqyaslı şəkildə iştirak edəcək. 

Ordu generalı Cəfəri əlavə edib: İran İslam İnqilabı daimi, müasirləşən və çiçəklənən bir prosesə malikdir və düşmənləri çoxdur. 

İran İslam İnqilabı 11 fevral 1979-cu ildə (22 bəhmən 1357-ci günəş ili) İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) rəhbərliyi ilə Pəhləvi rejimi üzərində qələbə çaldı. 

Teqlər