Müdafiə naziri: ABŞ İŞİD-i Əfqanıstana köçürmək ardıncadır
https://azeri.sahartv.ir/news/İran-i294531-müdafiə_naziri_abŞ_İŞİd_i_Əfqanıstana_köçürmək_ardıncadır
İranın müdafiə naziri Əfqanıstan müdafiə naziri ilə telefon söhbətində deyib: ABŞ İŞİD terror qruplaşmasını Suriya və İraqdan çıxarmaq və Əfqanıstana nəql etmək istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 13:00 Asia/Baku
  • Müdafiə naziri: ABŞ İŞİD-i Əfqanıstana köçürmək ardıncadır
    Müdafiə naziri: ABŞ İŞİD-i Əfqanıstana köçürmək ardıncadır

İranın müdafiə naziri Əfqanıstan müdafiə naziri ilə telefon söhbətində deyib: ABŞ İŞİD terror qruplaşmasını Suriya və İraqdan çıxarmaq və Əfqanıstana nəql etmək istəyir.

General-mayor Əmir Hatəmi bazar günü Əfqanıstan müdafiə naziri Tariqşah Bəhrami ilə telefon söhbətində deyib: Amerikalılar İraq və Suriyanı idarə etmək üçün İŞİD-i yaratdılar və onların Əfqanıstana köçürülməsi bu ölkədəki iştirakını əsaslandırmaq üçündür. 

General Hatəmi xəbərdarlıq edib ki, amerikalılar müsəlmanların düşməni olduqlarını sübut ediblər. Qüdsün sionistlər üçün paytaxt elan olunması ABŞ-ın müsəlmanlarla düşmənçiliyini dünyaya əks etdirdi. 

Əfqanıstanda təhlükəsizliyin bərpasının sadəcə region ölkələrinin müsbət strategiyası ilə təmin olunacağının bəyan edən müdafiə naziri deyib: Əfqanıstanda terrorizmlə mübarizə və stabilliyin yaradılması üçün bütün region ölkələrinin birgə potensiallarından istifadə etmək lazımdır.