İran ABŞ-ın BMT TŞ-dəki destruktiv rolunu tənqid etdi
İran İslam Respublikasının BMT-dəki nümayəndəsinin müavini ABŞ-ın Təhlükəsizlik Şurasındakı destruktiv rolunu tənqid edərək, deyib: ABŞ-ın siyasətləri Təhlükəsizlik Şurasında neçə tərəfli diplomatiyaya olan ümidlərin itirilməsinə səbəb olub.
İRNA-nın məlumatına görə, İshaq Al Həbib dünən BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı ümumi iclasında deyib: ABŞ-ın Təhlükəsizlik Şurasından öz siyasi məqsədlərinə çatmaq üçün bir vasitə olaraq istifadə etəsi TŞ-nin etibarını zədələyib.
İshaq Al Həbib həmçinin deyib: ABŞ Təhlükəsizlik Şurasından öz siyasi məqsədləri üçün istifadə edir. Halbuki, bu şura sionist rejimin cinayətləri və Yəmənə edilən hərbi müdaxilə qarşısında hansısa mövqe sərgiləmir.
İranın BMT-dəki nümayəndəsinin müavini daha sonra Təhlükəsizlik Şurasının ABŞ-ın destruktiv siyasətləri nəticəsində öz vəzifəsinə əməl edə bilmədiyini və Yaxın Şərq olayları qarşısında passiv mövqe sərgilədiyini bildirib.