Fev 08, 2018 12:01 Asia/Baku
  • Amerika ƏMTP-dən çıxmaqla beynəlxalq imicini itirmiş olacaq

İran İslam Respublikası Xarici İşlər nazirinin müavini Seyid Abbas İraqçı dünən gecə italiyanın Larepublika qəzetinə verdiyi açıqlamada deyib: Amerika Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxarsa özünün beynəlxalq imicini itirmiş olacaq.

Seyid Abbas İraqçı amerikanların İranı ƏMTP-dən çıxmağa sövq etmək istədiklərini bildirərək deyib: İran İslam Respublikası bu pusquya düşməyəcək və Vaşinqton nüvə sazişindən çıxarsa artıq heç bir ölkə Amerika ilə müzakirəyə girməyəcək. 

Teqlər