Laricani: Düşmənlər İranın raket qüdrətindən qorxurlar
İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İran İslam Respublikasının düşmənləri İranın raket qüdrətindən qorxurlar.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bildirib ki, düşmənlər İranın təhlükəsizliyini aradan götürmək istəyirlər. O, deyib: İranda raket istehsalı texnologiyası yerliləşdirilibdir və düşmənlər bu bacarığı İran xalqından ala bilmirlər.
Laricani qeyd edib ki, İranın raket qabiliyyəti müdafiə mahiyyətlidir.
İran İslam Şurası Məclisinin sədri ilahi Fəcr Ongünlüynə işarə edərək, deyib ki, 22 bəhmən günü iranlıların milli günüdür.
Laricani vurğulayıb ki, düşmənlər İslam İnqilabının qələbəsindən sonra İran İslam Respublikası quruluşuna zərbə vurmaq üçün müxtəlif planlar cızdılar, amma onlar bütün planlarında məğlub oldular.
O, deyib: İran xalqı İslam İnqilabını özününkü bilir və bu yolda minlərlə şəhid və hərbi əlil təqdim edibdir.
Bütün İslami İran xalqı hər il İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə keçirilən yürüşlərdə geniş iştirak edərək, İran İslam Respublikası banisinin və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin amalları ilə öz əhd-peymanını təzələyir.