Ruhani: Dünya İrana, inqilaba və İİR quruluşuna tam etimad edir
İran İslam Respublikasının prezidenti deyib ki, dünya İrana, inqilaba və İİR quruluşuna tam etimad edir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün valilər, nazirlər, həmçinin iqtisadi təşkilatların, eləcə də maliyyə və kredit müəssisələrinin müdirləri ilə birgə iclasda "Nə üçün bütün dünya nüvə anlaşması barədə Amerika prezidenti Donald Trampın qarşısında dayanıb?" sualının cavabında deyib: Əgər İranın quruluşu və gələcəyi möhkəm olmasaydı, dünyanın 190-dan çox ölkəsi Trampın qarşısında dayanmazdı və bu müqavimət dünyanın bu quruluşa, xalqa və dövlətə etimadının nişanəsidir.
Ruhani əlavə edib: İranın kredit riski yeddi faizdən beş faizə düşübdür və bu, İran İslam Respublikasına beynəlxalq etimadın artdığını göstərir.
Ruhani həmçinin İran xalqının əzəmətli 22 bəhmən-11 fevral yürüşündəki iştirakını yüksək dəyərləndirərək, belə qeyd edib: İran xalqının birliyi İslam İnqilabının qələbəsi amilidir və nə qədər ki, bu birlik vardır, heç bir xarici qüdrət heç bir iş görə bilməyəcəkdir.