Ruhani: Hindistanın Çabəhara birləşməsi İran-Hindistan münasibətlərində önəmli məsələdir
İran İslam Respublikası prezidenti deyib: İran və Hindistanın münasibətlərində çox önəmli məsələlərdən biri İranın cənub-şərqində Çabəhar limanı vasitəsi ilə Hindistanın Əfqanıstan və Mərkəzi Asiyaya birləşməsi və tranziti məsələsidir.
Həsən Ruhani cümə axşamı günü Hindistana səfər etməzdən öncə, Çabəhar limanı və Zahidana dəmiryoluna investisiyanın yatırılmasını İran və Hindistanın əməkdaşlığı üzrə digər məsələlərdən adlandırıb və əlavə edib: İran və Hindistanın önəmli münasibətlər istiqaməti düzgün və müsbət yoldadır, Hindistan baş naziri Narendra Modinin may ayında Tehrana səfərinin müsbət nəticələri oldu, ümid edirik ki, gələcəkdə region ölkələri və Hindistanla münasibətlərimiz daha da yüksələcəkdir.
İran prezidenti həmçinin deyib: İran və Hindistanın region və dünya məsələləri haqda birgə nigaranlıqları vardır və bu səfərdə terrorizmlə mübarizə kimi məsələlər haqda müzakirələr aparılacaq.
Ruhani İran və Hindistanı Qoşulmama Hərəkatının iki önəmli üzvü adlandırıb və deyib: İki ölkə beynəlxalq və dünya məsələləri haqda danışıqlar aparacaq.