Vilayəti: Müqavimət mehvəri Bağdad, Dəməşq və Beyrutu İŞİD-in şərrindən xilas etdi
-
Vilayəti: Müqavimət mehvəri Bağdad, Dəməşq və Beyrutu İŞİD-in şərrindən xilas etdi
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İslam müqaviməti və müqavimət mehvərinin köməyi olmasaydı, hazırda Bağdad, Dəməşq və müəyyən qədər Beyrut terror qruplaşmaları, o cümlədən İŞİD-in işğalında idi.
Əli Əkbər Vilayəti cümə axşamı günü Livan Hizbullahının hərbi komandanlarından İmad Muğniyənin şəhid olmasının onilliyi münasibəti ilə Tehranda keçirilən mərasimdə deyib: İran və islam dünyası arasında əlaqə islamın tarixi boyda əlaqədir. İranda Əhli-Beyt (ə) mehvəri üzrə iranlı mentalitetini formalaşdıran və yenidən müəyyənləşdirən Səfəvilər silsiləsinin formalaşması livanlılar tərəfindən həyata keçirildi.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran və regionda Əhli-Beyt (ə) ardıcılları arasında əlaqəni qədim əlaqə adlandırıb və deyib: Fələstində xristianların məğlubiyyəti baş verdiyi kimi, inşallah, Fələstində israillilərin də məğlubiyyəti baş verəcək.
Vilayəti bildirib: Biabırçı İsrail rejimi ləkəsi və kökünün tezliklə kəsiləcəyi ümid edilir.
Şəhid İmad Muğniyənin şəhid olmasının onilliyi ilə əlaqədar mərasim cümə axşamı günü İranın ordu və ölkə rəsmilərinin iştirakı ilə Tehranda keçirilib.
Livan Hizbullahının hərbi komandanlarından İmad Muğniyə 2008-ci il fevral ayında Suriyanın Dəməşq şəhərində sionsit rejimin kəşfiyyat xidmətinin casusları tərəfindən keçirilən terror əməliyyatında şəhid oldu.