Fev 16, 2018 21:29 Asia/Baku
  • Ruhani: İran regionda ən çox təsirə malikdir

İran İslam Respublikası prezidenti son dövrlərdə İranın siyasi və iqtisadi uğurlarını bəyan edərək deyib: Hazırda BMT və böyük qüdrətlərin etirafı ilə, İran İslam Respublikası regionun ən təsiredici ölkəsidir.

Həsən Ruhani cümə günü Heydərabadda Hindistanda yaşayan iranlılar və təhsil alan tələblərlə görüşdə əlavə edib: İran hazırda Rusiya və Türkiyənin kənarında dincliyin bölgəyə qayıtması üçün təsirediciliyə malikdir və İraq və Suriya xalqlarının kənarında terrorizmlə mübarizədə İranın roluna heç kim şübhə etmir.

Ruhani xatırladıb: Hazırda ABŞ-ın nüvə anlaşmasını pozmaq üçün işğalçı rejim və bir neçə kiçik ölkədən başqa heç bir tərəfdarı yoxdur və bu isə İranın hazırkı qüdrətini əks etdirir.

İran İslam Respublikası prezidenti cümə axşamı günü yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə Hindistanın Heydərabad şəhərinə daxil olub. İran prezidentinin rəsmi qarşılanma mərasimi sabah Yeni Dehlidə keçiriləcək.

Teqlər