Ruhani: İran-Hindistan əlaqələrinin inkişafı region sabitliyi və təhlükəsizliyinin xeyrinədir
İran İslam Respublikasının prezidenti deyib: Asiyanın iki mühüm ölkəsi kimi İran-Hindistan əlaqələrinin inkişafı nəinki iki xalqın, həm də region sabitliyi və təhlükəsizliyinin xeyrinədir.
Həsən Ruhani dünən gecə Yeni-Dehli hava limanında müxbirlərlə müsahibədə əlavə edib: Yeni-Dehlidə Hindistanın prezidenti və baş naziri ilə nəqliyyat, bank işləri, modern texnologiyalar üzrə mühüm müzakirələr aparılacaq və kənd təsərrüfatı sahələrində iki ölkə əlaqələrinin inkişafında mühüm addım atılacaqdır.
Ruhani deyib: Heydərabadda müsəlman əhali, həmçinin din alimləri, mədəniyyət xadimləri və Hindistanda yaşayan iranlılar ilə yaxşı görüşlər keçirilib. Heydərabad bir çox sivilizasiya abidələrinə malikdir və bu, İran və Hindistan sivilizasiyalarının necə bir-birinə bağlandığını göstərir.
İran İslam Respublikasının prezidenti cümə axşamı günü yüksəki səviyyəli siyasi-iqtisadi bir heyət ilə üçgünlük rəsmi görüş məqsədilə Hindistanın Heydərabad şəhərinə daxil olubdur.
Həsən Ruhani Heydərabadda şiə və sünni din xadimləri, Hindistanda yaşayan iranlılar və təhsil alan tələbələr ilə görüşüb və bu şəhərdə yerləşən "Məkkə Məscid"də namazqılanlar qarşısında çıxış edibdir.
Qərar üzrə İran prezidentinin Hindistana səfəri zamanı iki ölkə arasında iqtisadi və ticari həmkarlıqlar üzrə on beş razılaşma və anlaşma sənədi imzalanmalıdır.