Hindistanın prezidenti və baş naziri Ruhanini rəsmi şəkildə qarşılayıblar
Fev 17, 2018 11:42 Asia/Baku
İran İslam Respublikasının prezidenti höccətulislam vəlmuslimin Həsən Ruhani bu gün özünün Hindistana səfərinin ikinci mərhələsində bu ölkənin prezidenti və baş naziri tərəfindən rəsmən qarşılanıbdır.
Bu mərasim zamanı İran İslam Respublikasının prezidenti və onu müşayiət edən heyətin şərəfinə toplardan iyirmi bir yaylım atəşi açılıb və İran və Hindistan prezidentləri öz yüksək səviyyəli heyətlərinin üzvlərini bir-birilərinə təqdim ediblər.
İran İslam Respublikasının prezidenti həmçinin Qandinin məzarı üzərinə çiçək qoyaraq, onun rəhbərliyi altında Hindistan xalqının müstəmləkəçilikdən xilas olmaq və istiqlaliyyət əldə etmək üzrə mübarizəsini yad edib və xatirə dəftərinə imza atıbdır.