Fev 17, 2018 14:06 Asia/Baku
  • Ruhani: İran Hindistanla hərtərəfli əlaqələri genişləndirmək üçün bir məhdudiyyət görmür
    Ruhani: İran Hindistanla hərtərəfli əlaqələri genişləndirmək üçün bir məhdudiyyət görmür

İran İslam Respublikasının prezidenti deyib: Tehran Hindistanla hərtərəfli əlaqələri genişləndirmək üçün bir məhdudiyyət görmür və bu əlaqələrdə sıçrayışın yaradılması üzrə hər bir təşəbbüsü alqışlayır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Yeni-Dehlidə Hindistanın xarici işlər naziri Suşma Suvarac ilə görüşdə əlavə edib: İki ölkə, əlaqələr və həmkarlıqların daha da genişləndirilməsi və gücləndirilməsi üçün geniş imkan və təcrübəyə malikdir.

İran İslam Respublikasının prezidenti Asiya regionunda iki böyük və təsiredici ölkə kimi İran və Hindistanın əlaqələrinin genişləndirilməsini iki xalqın və bütün regionun xeyrinə adlandırıb və belə deyib: İran və Hindistan xalqlarının gediş-gəlişinin hər iki ölkənin çoxlu tarixi və mədəni cazibədarlıqlarına əsasən asanlaşdırılması önəmlidir.

Ruhani İran və Hindistanın yüksək vəzifəli rəsmilərinin müştərək həmkarlıqların genişləndirilməsi üzrə iradəsinə toxunaraq, deyib: İran və Hindistan energetika, nəqliyyat, mədən, sənaye və müasir texnologiyalar sahələrində öz əməkdaşlıqlarını inkişaf etdirə bilərlər və Tehran hind şirkətlərə imkanlar yaratmaqla onların İran bazarlarında daha fəal iştiraklarını rəğbətlə qarşılayır.

Teqlər