Fev 17, 2018 14:54 Asia/Baku
  • Ruhani: İran və Hindistanın iradəsi ikitərəfli əlaqələrin genişləndirilməsinə köklənib
    Ruhani: İran və Hindistanın iradəsi ikitərəfli əlaqələrin genişləndirilməsinə köklənib

İran İslam Respublikasının prezidenti deyib: İran və Hindistanın iradəsi ikitərəfli əlaqələrin genişləndirilməsinə köklənib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında bu ölkənin dövləti və xalqına iranlı heyəti səmimi qarşılamalarına görə təşəkkür edərək, əlavə edib: Hindistanın baş nazirinin ötən il Tehrana olmuş səfəri iki ölkə əlaqələrinin genişləndirilməsi yolunda mühüm bir addım idi.

İranın icra hakimiyyətinin başçısı bildirib ki, Tehran iqtisadi, mədəni, siyasi və ali təhsil sahələrində Hindistanla həmkarlığın genişləndirilməsini istəyir. O, bildirib ki, Çabəhar-Zahidan dəmiryolu xətti və dəmiryolu ilə bağlı sənaye sahəsində Hindistan dövlətilə yaxşı anlaşma əldə olunub.

İran İslam Respublikasının prezidenti iki ölkə arasındakı əlaqələrin energetika sahəsində genişləndirilməsi zərurətini vurğulayaraq, deyib: İran iqtisadi əlaqələrin asanlaşdırılması sahəsində Hindistanla yaxşı müzakirələr aparıb və iş adamlarının bir-birilərilə əlaqələri və bankların daha yaxşı əlaqələri üçün də yaxşı müzakirələr keçirilibdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və onu müşayiət edən heyətin Hindistana üçgünlük rəsmi səfəri cümə axşamı günü bu ölkənin cənubundakı Heydərabad şəhərinə daxil olması ilə başlanıbdır.

İran İslam Respublikasının prezidenti bu gün səhər öz səfərinin ikinci etapının başlanğıcında rəsmi surətdə Yeni-Dehlidə bu ölkənin prezident sarayında Hindistanın prezidenti və baş naziri tərəfindən qarşılanıb.

İran və Hindistan müştərək münasibətlər səviyyəsini dərinləşdirmək üçün on beş sənəd və memorandum imzalayıblar.

Teqlər