İranda sərnişin təyyarəsi süqut edib
-
İranda sərnişin təyyarəsi süqut edib
Tehran-Yasuc istiqamətində hərəkət edən bir sərnişin təyyarəsi İsfahan ostanının cənubunda, Səmirom məntəqəsində süqut edib.
İranın Təcili Yardım Xidmətinin sözçüsü Müctəba Xaledi İSNA-ya verdiyi müsahibədə deyib: Tehrandan Yasuca doğru hərəkət edən bir sərnişin təyyarəsi havaya qalxdıqdan 20 dəqiqə sonra lokatorların səhifəsindən itib və İsfahanın Səmirom məntəqəsində süqut edib.
Xaledi hal hazırda təcili yardım xidmətinin bir ədəd helikopterinin məntəqəyə göndərildiyinə işarə edib və deyib: Məntəqənin dağlıq ərazi olmasına görə, təcili yardım maşını göndərmək imkanı yoxdur.
Bu məlumata görə, təyyarədə 65 sərnişinin olduğu güman edilir. İranın Qırmızı Aypara Cəmiyyətinin verdiyi məlumata görə, İsfahanın xilasetmə məntəqələri tam hazır vəziyyətə gətiriliblər və 3 xilasetmə məntəqəsinin xilasediciləri hadisə yerinə göndəriliblər.