Fev 20, 2018 09:49 Asia/Baku
  • Tehranda İranın üç hüquq-mühafizə məmuru şəhid olub

İran İslam Respublikası Hüquq-Mühafizə qüvvələrinin sözçüsü bazar ertəsi gecə Tehranın Pasdaran prospektində üç məmurun şəhid olduğunu bildirib.

İRNA-nın məlumatına görə, general-leytenant Səid Müntəzir əl-Mehdi deyib: Aldanmış, təhlükəsizlik və asayişi pozan şəxslər bir avtobusdan istifadə edərək xəbis hərəkətdə Tehranın Pasdaran prospektində təhlükəsizliyi yerinə yetirən İranın hüquq-mühafizə qüvvələrinin üç məmurunu şəhid ediblər. 

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələri sözçüsü hadisəni törədən şəxslərin saxlanıldığına toxunaraq xatırladıb: Tehranın Pasdaran prospektində vəziyyət hazırda stabil və təhlükəsizlik qüvvələrinin nəzarətindədir. 

Bu vəhşicəsinə hücum prospektdə bir sıra avtomobillərin xəsarət alması və bir qrup piyadanın da yaralanması ilə nəticələnib. 

General Səid Müntəzir əl-Mehdi bildirib: İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələri kimliyindən asılı olmayaraq təhlükəsizlik əleyhinə və qeyri-qanuni hərəkətlər qarşısında ciddi şəkildə davranacaq.  

Teqlər