Fev 21, 2018 10:06 Asia/Baku
  • Bu gün Tehran 3 beynəlxalq sərgiyə ev sahibliyi edir

Ekologiya, alternativ enerjilər və sərgi sənəti sərgiləri bu gün Tehranda işə başlayan 3 beynəlxalq sərgidir. Bu sərgilərdə onlarla yerli və xarici şirkət iştirak edir.

İRİB-nin verdiyi məlumata görə, beynəlxalq ekologiya və alternativ enerjilər sərgilərində İrandan 220 şirkət iştirak edir. İran ilə yanaşı bu sərgidə Norveç, Çin, Almaniya, Türkiyə, Yunanıstan, Avstriya, Tayvan, İsveç, Cənubi Koreya və İtaliyadan gəlmiş şirkətlərdə iştirak edir. Sərgidə ekologiya və alternativ enerji üzrə ən son məhsullar nümayiş etdirilir. 

Teqlər