Xoşru: Təhlükəsizlik Şurasının sanksiyaları yanlış məlumatlar və ya ehtimallar əsasında olmamalıdır
https://azeri.sahartv.ir/news/İran-i296371-xoşru_təhlükəsizlik_Şurasının_sanksiyaları_yanlış_məlumatlar_və_ya_ehtimallar_əsasında_olmamalıdır
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: Təhlükəsizlik Şurasının sanksiyaları son çarə hesab edilməli və aydın dəlillər, tutarlı faktlara əsaslanmalı, yanlış bilgilər və ehtimallara söykənməməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 09:39 Asia/Baku
  • Xoşru: Təhlükəsizlik Şurasının sanksiyaları yanlış məlumatlar və ya ehtimallar əsasında olmamalıdır

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: Təhlükəsizlik Şurasının sanksiyaları son çarə hesab edilməli və aydın dəlillər, tutarlı faktlara əsaslanmalı, yanlış bilgilər və ehtimallara söykənməməlidir.

İRİB-nin verdiyi məlumata görə, Qulaməli Xoşru çərşənbə axşamı BMT-nin Nizamnaməsi Komitəsinin iclasında İranın sülh, beynəlxalq təhlükəsizlik və ixtilafların dinc yolla həll edilməsi ilə bağlı mövqeyini şərh edərək, deyib: Təhlükəsizlik Şurasının, bu şuranın bəzi daimi üzvlərinin siyasi maraqları əsasında olan sanksiyaları  qeyri-qanunidir. 

Xoşru əlavə edib: Təhlükəsizlik Şurası sanksiyaların tətbiq edilməsi zamanı BMT-nin nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər və ixtiyarlardan kənara çıxmamalı, beynəlxalq hüquq normalarını pozmamalıdır.