Brucerdi: AEBA Amerikanın iddialarına son qoydu
Fev 24, 2018 20:07 Asia/Baku
İranın İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını təsdiq edən hesabatı Amerikanın həqiqətdən uzaq siyasi xarakterli iddialarına son qoymuş oldu.
AEBA cümə axşamı bir hesabatda bildirdi ki, İranın nüvə fəaliyyətləri ƏMTP ilə tam uyğundur.
İRİB-in verdiyi məlumata görə, İİR parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi deyib: AEBA bir daha göstərdi ki, İran İslam Respublikası beynəlxalq sahədəki öz öhdəliklərinə sadiqdir.