Fev 26, 2018 12:38 Asia/Baku
  • İnqilab Rəhbəri: Fəhlələr İnqilab və Müqəddəs Müdafiə hadisələrində qeyrətlə səhnədə olublar
    İnqilab Rəhbəri: Fəhlələr İnqilab və Müqəddəs Müdafiə hadisələrində qeyrətlə səhnədə olublar

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Bəzi təbəqələrin şəhidlərinin, o cümlədən fəhlə şəhidlərin qiymətləndirilmələri ikiqat dəyərə malikdir, zira İnqilab dövrü, qruplaşmalarla mübarizə və Müqəddəs Müdafiə üzrə bütün hadisələrdə fəhlələr gözüaçıqlılıq və qeyrətlə səhnədə olublar.

İslam İnqilabının Böyük Rəhbərinin İranın fəhlə icmasının on dörd min şəhidi konfransının təşkilatçıları ilə 2018-ci il fevralın beşində keçirilmiş görüşdəki bəyanatları bu gün səhər bu konfransın Tehranda keçirilən məkanında yayılıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bütün İranda şəhidlərin anılmasını şəhidlərin kölgəsinin İran üzərində həmişəlik olaraq qalmasına dair ilahi lütfkarlıq və iradənin nişanəsi adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei əks-inqilabçıların fəhlələri İran İslam Respublikasına qarşı təhrik etməkdə nakam qalmalarına toxunaraq, əlavə ediblər: Düşmənlərin əsas işlərindən biri, fəhlələri zavodlarda durğunluq yaratmağa təhrik və məcbur etmək olub, amma fəhlələr bu illər ərzində daim gözüaçıqlılıq, ciddi-cəhd və dindarlıqa dayanaraq, düşmənin əlini rədd ediblər.

İslam İnqilabının Böyük Rəhbəri fəhlələrin Müqəddəs Müdafiədəki böyük iştirakını onların dini qeyrətlərinin digər bir sahəsi adlandırıb və belə qeyd ediblər: Hər zaman böyük İmam çağırış verərkən hətta dolanışıqları və yaşayışları gündəlik gəlirlərindən asılı olan gənc və mömin fəhlələrin bir çoxu, bəsici kimi cəbhələrə gedir və məntiq və dəlalətlə deyirdilər: Gedib islami ölkə və sərhədi müdafiə etməliyik, zira əgər düşmən vəziyyəti ələ alarsa, nəinki çörəyimiz, həm də heç nəyimiz olmayacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin şəhidlər konfransının təşkilatçılarına təsirli işlər görməyi və dəbdəbəli işlərdən çəkinməyi tövsiyə ediblər.

Teqlər