Fev 26, 2018 14:58 Asia/Baku
  • Qasemi: İngiltərə dövləti Yəmən savaşında təcavüzkara dəstək verir
    Qasemi: İngiltərə dövləti Yəmən savaşında təcavüzkara dəstək verir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İngiltərə dövləti Yəməndə savaşa son qoymaq üzrə şüarlara rəğmən, beynəlxalq mexanizmlərdən təcavüzkarı himayə etmək üçün istifadə edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün jurnalistlərlə mətbuat konfransında İngiltərənin "İranın Yəmənin silah sanksiyasını pozması" iddiası ilə Yəmən barədə təklif etdiyi qətnamə lahiyəsi haqda bildirib ki, İngiltərə dövləti sədaqətsiz davranır və beynəlxalq mexanizmlərdən təcavüzkarı himayə etmək üçün istifadə edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü türk hərbçilərin Suriyanın şimalına girmələri və Afrində savaşın davam etməsi ilə bağlı İran ilə Türkiyə arasındakı fikir ayrılığı barədə belə söyləyib: Ötən günlərdə İran, Rusiya və Türkiyə prezidentlərinin müzakirələrində qərara alındı ki, üç ölkə prezidenti may ayında Türkiyədə görüşsün və üç ölkənin xarici işlər nazirləri də Astana prosesi gedişində müzakirələr aparsınlar ki, bu müzakirələr fikir ayrılıqlarının həllində təsirlidir və Suriyada terrorizmlə mübarizə və bu ölkəyə asayişin qayıtması istiqamətindəki səylərə kömək edəcəkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü regional məsələlər sahəsində İran-Avropa müzakirələri üzrə razılıq barədə isə belə deyib: İran İslam Respublikası bütün regional və beynəlxalq məsələ və mövzular ətrafında bütün ölkələrlə fikir mübadiləsi aparır.

Qasemi BMT-nin Yəmən barədəki bugünkü iclası barədə isə bunları söyləyib: İran İslam Respublikasının nəzərdə tutduğu məsələ, Yəmənə təcavüzün dayandırılmasıdır və qətnamələrin verilməsi Yəməndə sülh və sabitliyin vəziyyətinə heç bir yardım etməyəcəkdir.

Teqlər