İran və Rusiyanın bank mübadiələri inkişaf edir
-
İran və Rusiyanın bank mübadiələri inkişaf edir
İran və Rusiyanın birgə ticarət palatasının həmsədri deyib: Səhmdarı İranın Milli Bankı olan Mir Biznes Bankın Rusiyanın bank şəbəkəsinə qoşulması ilə Rusiya bankları ilə rubl və avro ilə bütün bank xidmətlərini təqdim etmək mümkündür.
İRİB-in məlumatına görə, Əsədullah Əsgər Övladi Tehranda Mir Biznes Bank Moskvanın icra direktoru Məhəmməd Hərazla görüşdə deyib: İran və Rusiyanın bank əlaqələrinin möhkəmləndirilməsi iki ölkənin iqtisadi əlaqələrinin inkişafında önəmli rola malikdir.
Məhəmməd Həraz da bu görüşdə İran və Rusiya arasında maliyyə və ticarət mübadilələrinin sadələşdirilməsini Mir Biznes Bankın əsas vəzifəsi adlandırıb və deyib: Rusiya nüvə anlaşmasından sonra Mir Biznes Bankı vasitəsi ilə İranla öz bank mübadilələrini yenidən bərpa edən yeganə ölkədir.