Ərdəbildə Xocalı Soyqırımı mövzusunda toplantı keçirilib
Qarabağ Azadlıq Təşkilatının sədrinin iştirakı ilə Ərdəbildə " İslam barış mahnısı" adı altında Xocalı faciəsi mövzusunda konfrans keçirilib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Ərdəbil şəhərinin Mühəqqiq Ərdəbili adına universitetinin təşəbbüsü ilə dünən keçirilən konfransa İran İslam Respublikası, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə və Rusiyadan ziyalılar qatılıblar. Toplantı Xocalı faciəsi timsalında baş verən ifratçılıq və zorakılıq ilə mübarizəyə təkid məqsədi ilə keçirilmişdir.
Mühəqqiq Ərdəbili Universitetinin rektoru Qudərz Sadiqi konfransda etdiyi çıxışında deyib: Qarabağ mövzusunda şəffaflıq yaradılmalıdır, İran müsəlmanların hüquqlarının müdafiəsinə xüsusi səy göstərir və hərhansı regionda müharibə və münaqişə yaranarsa İran haqqı müdafiə edir, məhz buna görə də İran qonşu Azərbaycan Respublikası xalqını müdfiəni özünə vəzifə hesab edir.
Qudərz Sadiqi Xocalı soyqırımı nəticəsində qadın və uşaqlar da daxil 600-dən çox mülkinin ən qəddar şəkildə şəhid edilməsini xatırladaraq Ermənistan dövlətinin vu vəhşi hərəkəti inkar etməsi və onun məsuliyyətini qəbul etməməsindən təəssüfləndiyini bildirib.
Sadiqi deyib: Azərbaycan Respublikası xalqının rəhmsizcəsinə qətliam edilməsinə aydınlıq gətirmək istiqamətində bu kimi toplantıların keçirilməsi Ərdəbil üçün fəxr olaraq böyük əhəmiyyət kəsb edir.
Konfransın digər natiqi Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Azərbaycan və İran xalqları arasındakı saysız-hesabsız ortaqlıqlara toxunaraq iki ölkə arasında bütün sahələrdə əlaqələrin gün-gündən inkişaf etməsini yüksək qiymətləndirib. Akif Nağı deyib: QAT üzvləri İran islam inqilabının böyük rəhbəri və xalqına, xüsusiylə Ərdəbilin imam cüməsi Ayətullah seyid Həsən Amiliyə öz təşəkkürünü bildirir ona görə ki, həmişə Qarabağ mövzusunu gündəmdə saxlamış və Qarabağ problemini öz problemi hesab etmişdir.
QAT sədri deyib: Ərdəbilin imam cüməsi ilə 3 saatlıq görüşümdə Qarabağ probleminin həlli istiqamətində onun fikirlər və idealarından faydalandıq.
Akif Nağı deyib: Xocalı mövzusunda bu konfrans ilk dəfə Azərbaycan Respublikasında, sonra Türkiyədə və yenidən Azərbaycanda və nəhayət 4-cü konfrans İran İslam Respublikasının Ərdəbil şəhərində keçirildi və bu bizim üçün yüksək əhəmiyyətə malikdir.
QAT sədri deyib: Konfransda məzlum Xocalı əhalisinin soyqırıma məruz qalması müxtəlif cəhətlərdən araşdırıldı və bu kimi faciələrin gələcək nəsillər üçün şəffaflaşdırılmasına təkid edildi.