Mart 01, 2018 17:19 Asia/Baku
  • Zərif Zaqrebdə Xorvatiya prezidenti ilə görüşüb
    Zərif Zaqrebdə Xorvatiya prezidenti ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Zaqrebə olan səfəri zamanı Xorvatiyanın prezidenti ilə görüşüb. Görüşdə iki ölkə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsinə təkid edilib.

Məhəmməd Cavad Zərif cümə axşamı Zaqrebdə Xorvatiya prezidenti Kolinda Grabar Kitaroviç ilə görüşdə İran və Xorvatiya xalqları arasındakı dostluğun tarixi köklərə malik olduğunu bildirib və deyib: İranın böyük ticarət heyətinin Xorvatiyaya səfəri İranın ticarət və özəl sektorunun Xorvatiya ilə əməkdaşlığa maraqlı olmasının nişanəsi adlandırıb.

İranın xarici işlər naziri İranın Xorvatiya ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsinə hazır olduğunu deyərək, əlavə edib: İki ölkə əlaqələrinin inkişafı yolunda duran bəzi maneələr lazımi tədbirlərin həyata keçirilməsi ilə öz həllini tapacaq və İran Xorvatiya üçün etibarlı enerji mənbəyi ola bilər.

 Zərif həmçinin, terrorizmin beynəlxalq təhdidlərinə işarə edərək, deyib: İran və Xorvatiya ortaq nigaranlıqlar o cümlədən terrorizm və ifratçılıq ilə mübarizədə birgə əməkdaşlığa malik ola bilərlər.

Kulinda Qrabar Kitaroviç də bu görüşdə ölkəsinin İran ilə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib və birgə sərmayə qoyuluşu sahəsində mövcud olan maneələrin tez bir zamanda öz həllini tapacağına ümidvar olduğunu deyib.

Xorvatiya prezidenti həmçinin, turizm, qida sənayesi, elm, texnologiya və neft-kimya sahələrini birgə əməkdaşlıq üçün münasib sahəlr adlandırıb.

Regional məsələlər o cümlədən Suriya, Yəmən və Əfqanıstan məsələləri habelə, Balkan məsələləri Zərif və Kitaroviç arasındakı danışıqların digər əsas mövzuları olub.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Serbiya və Bolqarıstan rəsmiləri ilə görüşüb, danışıqlar apardıqdan sonra, Xorvatiyanın paytaxtı Zaqrebə səfər edib. İranın xarici işlər naziri daha sonra Bosniya və Hersoqvinaya səfər edəcək.

Teqlər