Nüvə anlaşmasını girov götürmək və onu kənar məsələlər ilə əlaqələndirmək qəbuledilməzdir
https://azeri.sahartv.ir/news/İran-i297277-nüvə_anlaşmasını_girov_götürmək_və_onu_kənar_məsələlər_ilə_əlaqələndirmək_qəbuledilməzdir
İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: İranın nüvə anlaşmasına tam sadiq olduğu və öz üzərinə düşən öhdəlikləri kamil formada yerinə yetirdiyi halda, Amerika mənfi siyasətlər və bəyanatlar ilə öz öhdəliklərini dəfələrlə pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2018 15:50 Asia/Baku
  • Nüvə anlaşmasını girov götürmək və onu kənar məsələlər ilə əlaqələndirmək qəbuledilməzdir
    Nüvə anlaşmasını girov götürmək və onu kənar məsələlər ilə əlaqələndirmək qəbuledilməzdir

İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: İranın nüvə anlaşmasına tam sadiq olduğu və öz üzərinə düşən öhdəlikləri kamil formada yerinə yetirdiyi halda, Amerika mənfi siyasətlər və bəyanatlar ilə öz öhdəliklərini dəfələrlə pozub.

İran İslam Respublikası xarici işlər nazirinin müavini Qulamhüseyn Dehqani Cenevrədə keçirilən nüvə tərksilahı konfransında iştirak edərək, deyib: Nüvə silahına malik olan ölkələrin, nüvə silahlarının yayılmasını qadağan edən sənədin 6-cı bəndinnə qeyd edilmiş öhdəliklərə əməl etməmələri bu anlaşmanın potensialları və qabiliyyətləri barəsində etimadsızlığa səbəb olub.

Qulamhüseyn Dehqani həmçinin deyib: Nüvə tərksilahı sahəsində heç bir irəliləyişin müşahidə edilmədiyi bir şəraitdə nüvə silahına malik ölkələr gözlənilməz bir hərəkətdə, öz nüvə silahlarını sürətlə inkişaf etdirmək və bu sahəyə iri vəsait ayırmaqla nüvə silahlarını yeniləməyə və inkişaf etdirməyə çalışır, yeni və modern nüvə başlıqları istehsal edirlər. Misal üçün Amerika nüvə cəbbəxanasını yeniləmək üçün növbəti 30 il üçün 1.25 trilyon dollar məbləğində vəsait ayırıb. Bu məsələ çox ciddi nigaranlıq doğurur.