Ruhani: Xalqlar dostluğunun idman yarışlarının keçirilməsilə artırılması zərurət daşıyır
https://azeri.sahartv.ir/news/İran-i297455-ruhani_xalqlar_dostluğunun_idman_yarışlarının_keçirilməsilə_artırılması_zərurət_daşıyır
İran İslam Respublikasının prezidenti vurğulayıb: Regiondakı idman federasiyaları idman yarışları vasitəsilə xalqları bir-birilərinə yaxınlaşdırmaq və dostluqları artırmağa səy göstərməlidirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2018 11:31 Asia/Baku
  • Ruhani: Xalqlar dostluğunun idman yarışlarının keçirilməsilə artırılması zərurət daşıyır
    Ruhani: Xalqlar dostluğunun idman yarışlarının keçirilməsilə artırılması zərurət daşıyır

İran İslam Respublikasının prezidenti vurğulayıb: Regiondakı idman federasiyaları idman yarışları vasitəsilə xalqları bir-birilərinə yaxınlaşdırmaq və dostluqları artırmağa səy göstərməlidirlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda Beynəlxalq Futbol Federasiyası- FİFA-nın prezidenti Canni İnfantino ilə görüşdən sonra öz şəxsi səhifəsində bir mesaj yayaraq, yazıb: İran əmin-aman bir ölkədir və müxtəlif beynəlxalq idman yarışlarını keçirməyə hazırdır.

Beynəlxalq Futbol Federasiyası- FİFA-nın prezidenti Canni İnfantino ötən cümə axşamı günü Tehrana səfər etdi və İranın prezidenti Həsən Ruhani və idman və gənclər naziri Məsud Soltanifər ilə görüşdü.

İnfantino Ruhani ilə görüşdə İran İslam Respublikasının prezidenti ilə görüşdən məmnun qaldığını bildirərək, deyib: Futbol dünya səviyyəsində mühüm ictimai rola malikdir və İran xalqı həqiqətən dünyada futbolun ən şövqlü tərəfdarlarındandır.

İnfantino futbol idmanında məqsədi, xalqlar arasında yaxınlıq adlandırıb və belə əlavə edib: Beynəlxalq Futbol Federasiyası daim dünya mühitinin futbol idmanı vasitəsilə daha da yaxşılaşmasının ardıncadır və İran futbolu səviyyəsinin yüksəlişi istiqamətində əlindən gələni əsirgəməyəcəkdir.