Kontr-admiral Fədəvi: Düşmən dəniz meydanında heç bir qələt edə bilməz
https://azeri.sahartv.ir/news/İran-i297507-kontr_admiral_fədəvi_düşmən_dəniz_meydanında_heç_bir_qələt_edə_bilməz
Sepah-ın dəniz qüvvələrinin komandanı deyib: Sepah-ın və İran ordusunun iki güclü dəniz qüvvəsinin olmasına görə, düşmən İranla ən əsas qarşıdurma nöqtəsi olan dəniz meydanında heç bir qələt edə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2018 15:43 Asia/Baku
  • Kontr-admiral Fədəvi: Düşmən dəniz meydanında heç bir qələt edə bilməz
    Kontr-admiral Fədəvi: Düşmən dəniz meydanında heç bir qələt edə bilməz

Sepah-ın dəniz qüvvələrinin komandanı deyib: Sepah-ın və İran ordusunun iki güclü dəniz qüvvəsinin olmasına görə, düşmən İranla ən əsas qarşıdurma nöqtəsi olan dəniz meydanında heç bir qələt edə bilməz.

Kontr-admiral pasdar Əli Fədəvi bu gün Tehranda Sepah-ın və İran ordusunun birinci birgə dəniz konfransında bildirib ki, bu iki dəniz qüvvəsi arasında məşvərət təşkilatın hədəflərinin daha yaxşı irəliləməsinə, həmçinin həmrəylik və ittifaqın yaranmasına səbəb olacaq. O, deyib: Bu toplantıların keçirilməsi önləyiciliyin artmasına səbəb olacaq.

Kontr-admiral Fədəvi vurğulayıb ki, müdafiə və önləyilik sahəsində İran özünü dünya xalqlarına sübut edə bilibdir. O, əlavə edib: İran İslam Respublikası səkkiz il icbari müharibəni uğurla arxada qoydu və düşmənə göstərdi ki, İranın xalqı və silahlı qüvvələri hər cür təhdidi zərərsizləşdirirlər.

Sepah-ın dəniz qüvvələrinin komandanı vurğulayıb: Dünya xalqları bu nəticəyə gəliblər ki, İranın silahlı qüvvələri son dərəcə güclü önləyicilik qüdrətinə malikdirlər və Amerika rəsmiləri də dəfələrlə bu məsələni etiraf ediblər.