Mart 03, 2018 19:20 Asia/Baku
  • General Cəfəri: Müqavimət cəbhəsinin nailiyyətləri xalq bəsicinin nəticəsidir
    General Cəfəri: Müqavimət cəbhəsinin nailiyyətləri xalq bəsicinin nəticəsidir

Sepah-ın baş komandanı bildirib ki, müqavimət cəbhəsinin nailiyyətləri xalq səfərbəri-bəsicin nəticəsidir.

Sepah-ın baş komandanı general-leytenant pasdar Mohəmməd Əli Cəfəri bu gün Tehranda bəsicin ümumölkə Quran müsabiqəsinin 25-ci dövründə bildirib ki, region ictimaiyyəti İslam İnqilabına və onun Müqəddəs Müdafiədəki nailiyyətlərinə borcludur. O, deyib: Düşmənin təbliğat aparatı daim İslam İnqilabı ilə mübarizə niyyətindədir, amma inqilabın müxtəlif sahələrdəki uğurları inkaredilməzdir.

General-leytenant Cəfəri bildirib ki, bəsic İslam Ümmətini, Quranı və ona əməl etməyi canlandırıbdır. O, əlavə edib: Heç kəs xalq bəsicinin müxtəlif müdafiə və təhlükəsizlik sahələrindəki səy və ciddi-cəhdlərini inkar edə bilməz.

Sepah-ın baş komandanı qeyd edib ki, Suriya, İraq və Yəməndə ilahi yardımlar müşahidə olunur. O, deyib: İlk dəfə baş vermiş sionist rejim qırıcısının vurulması bu ilahi yardımlardandır.

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri fevralın onunda sionist rejim qırıcılarının ardıcıl təcavüzlərindən sonra bu rejimin bir qırıcısını hədəfə alaraq, vurublar.

Teqlər