İran Parlamenti ABŞ-ın yeni sanksiyalarına cavab verməyə hazırlaşır
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü ABŞ Konqresində İrana qarşı yeni sanksiya layihəsinin hazırlanmasını nüvə anlaşmasının aşkar formada pozulması və ABŞ-ın düşmənçiliyə əsaslanan rəftarının n işanəsi adlandırıb.
ABŞ-ın Nümayəndələr Məclisi İrana qarşı ən son addımında İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı sanksiyalar nəzərdə tutan bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi qəbul edildiyi təqdirdə ABŞ hökumət Sepah-ın 50%-dən daha az paya malik olduğu bütün şirkətlərə qarşı sanksiya tətbiq etmək imkanı əldə etmiş olacaq.
Hüseyn Nəqəvi Hüseyni bazar günü İSNA xəbər agentliyinə verdiyi müsahibədə ABŞ-ın Nümayəndələr Məclisinin bu anti-İran hərəkətinə reaksiya olaraq deyib: İran İslam Respublikasının diplomatiya idarəsi və İslam Şurası Məclisi bu məsələni kəskin formada qınayaraq, bu hərəkətə qarşı lazımi tədbirlər həyata keçirəcəklər.