Vilayəti: İranın müdafiə məsələsinin heç bir ölkəyə dəxli yoxdur
https://azeri.sahartv.ir/news/İran-i297601-vilayəti_İranın_müdafiə_məsələsinin_heç_bir_ölkəyə_dəxli_yoxdur
İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran İslam Respublikasının müdafiə məsələsinin heç bir ölkəyə dəxli yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 11:28 Asia/Baku
  • Vilayəti: İranın müdafiə məsələsinin heç bir ölkəyə dəxli yoxdur
    Vilayəti: İranın müdafiə məsələsinin heç bir ölkəyə dəxli yoxdur

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran İslam Respublikasının müdafiə məsələsinin heç bir ölkəyə dəxli yoxdur.

İran İslam İnqilabı Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti şənbə günü Tehranda jurnalistlər qarşısında verdiyi açıqlamada bəzi ölkələrin İranın hərbi və raket qüdrəti barədə səsləndirdikləri fikirlərə reaksiya olaraq deyib: İran müstəqil bir ölkədir və öz maraqlarına uyğun şəkildə istədiyi növ raket və ya digər müdafiə vasitəsi ilə özünü müdafiə edə bilər.

İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: İran İslam Respublikası region ölkələrinin hər gün daha artıq silahlanması məsələsinə laqeyd yanaşa bilməz. Halbuki, İran regionin ən iri və ən önəmli ölkəsidir.

Vilayəti əlavə edib: Özünü müdafiə hər bir xalqın ilkin haqlarından biridir və heç bir ölkə İran və ya hansısa başqa bir ölkəyə göstəriş vermək səlahiyyətinə malik deyil. Buna görə də raketə malik olub-olmamaq İranın öz səlahiyyətləri daxilində olan bir məsələdir və İran özünü müdafiə üçün lazım gördüyü hər bir müdafiə vasitəsini əldə etmək haqqına malikdir.